
Böyük Tehran Polis Aqahi İdarəsinin rəisi Əlirza Lütfi İranda iqtisadi problemlərin cinayət hadisələrinin artmasına dəqiq təsir etdiyini vurğulayıb. “Son üç ayda tutulanların “yüzdə 50-dən çoxu”nun oğurluqla bağlı sabiqələri yoxdur. Sabiqəsi olanların ilk dəfə cinayət törədənlərlə müqayisədə tutuqlanmaları ötən illərdə yüzdə 50+45 faiz nisbətində olub, yəni yüzdə 50-dən çoxu sabiqəli, yüzdə 45-dən az isə ilk dəfə cinayət törədənlərdir”, – deyə bildirib. “Ancaq indi bu aamar demək olar ki, bərabərdir və bəlkə də son üç ayda tutulanların yüzdə 50-dən çoxu ilk dəfə cinayət törədiblər. Bu da baş verən cinayətlərin ölkədəki vəziyyətlə irtibatsız olmadığını göstərir”,-deyə o qeyd edib. Əlirza Lütfi deyib ki, koronavirusun yayılması və insanların evdə qalması evlərdən “oğurluqların sayını yüzdə 14 azaltsa da, bir sıra xırda oğurluq halları artıb.