
Təbrizdən olan fəal Leyli Purbabanın ailəsinin onun durumu ilə bağlı məlumat ala bilməmələri fəalın sağlıq durumu ilə bağlı nigəranlıqları artırıb.
3 il həbs və 44 şallaq cəzasına məhkum edilən Purbabanın yaxınlarının bildirdiyinə görə, onun 76 gündür həbsxanada saxlanılmasına baxmayaraq, ailəsi ilə görüşünə icazə verilmir.
Leyli Purbaba noyabrın 2-də polis bölməsinə çağrıldıqdan sonra həbs edilərək barəsində cinayət işi açılıb və həbsxanaya köçürülüb.