
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.
“Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”, – deyən dövlət başçısı qeyd edib ki, ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu istəyirlər, – rahat yaşaya bilərlər. (report)