
Avropa Birliyi xarici ölkələrdə nizami əməliyyatların maliyyələşdirilməsi üçün “Avropa Sülh sandığı yaratmaq niyyətindədir. Bu barədə Avropa Birliyinin xarici siyasət xidmətinin bəyanatında deyilir. Qeyd olunur ki, sandığın həcmi 8 milyard yoro məbləğində nəzərdə tutulub. Bu fond vasitəsilə, əsasən Afrika və Aralıq dənizi hövzəsində nizami əməliyyatların maliyyələşdirilməsi planlaşdırılır.