İşçilərin bir qismi bununla bağlı sosial mediada etdiyi paylaşım edib.
İşçi hərəkatı qruplarının verdiyi məlumata görə, 1200 işçinin bir neçə aylıq əmək haqqı ödənilmir və müəssisə rəhbərliyi onların siğorta haqlarını ödəməkdən imtina edir.
İşçilərin yaydığı məlumatda fabrik müdiriyyətinin ölkədə iqtisadi böhranı bəhanə edərək onlara əmək haqqı verməkdən yayındığı qeyd olunub.
“Səbəlan parça” Ərdəbilin ən böyük iqtisadi müəssisələrindən biri olmasına baxmayaraq orada işləyən işçilərin qeyd olunan problemləri davamlı olaraq təkrarlanır.
Bundan bir müddət öncə əmək haqlarının ödənilməməsi, başqa hüquqlarının pozulmasına etiraz edən 400 işçi işdən qovulmuşdur.
Onların 120 nəfəri sonradan yenidən işə bərpa olunsalar da, 280 nəfər hələdə işə qayıdacaqlarını gözləyirlər.