
Onun ibadət salonunun dörd sütun üzərində dayanan irigünbəzli mərkəzi hissəsində arxadan yarımgünbəzlə örtülü məkan, yanlardan isə uzun qalereyalar birləşir.
Məscid təbrizli memar Əcəm Əli ağanın əsəri hesab olunur. O, Çaldıran döyüşündən sonra Təbrizə daxil olan sultan Səlim tərəfindən 1515-ci il aprelin 12-də əsir götürülmüşdür. 1519-cu ildə isə Əcəm Əli ağaya Osmanlı dövlətinin baş memarı vəzifəsi verilmişdir.