
Bu barədə agentliyin rəhbəri Rafael Qrossi sözügedən təşkilatın Vyanada baş tutan iclasında çıxışı zamanı deyib. O bildirib ki, İran 2018-ci ildə Tehranın Turquzabad bölgəsindən daşınan nüvə maddələrinin saxlandığı yaxud bu maddələrlə çirklənmiş avadanlıqların yeri barədə Beynəlxalq Ajansa heç bir məlumat verməyib .
Qrossi sonda Beynəlxalq Ajansın İranla dərhal hazırkı problemləri həll edərək, bu ölkənin nüvə proqramının tamamilə sülh məqsədli olduğuna əmin olmaq üçün danışıqlar aparmağa hazır olduğunu qeyd edib.