İran

Ərdəbildə ikinci Qarabağ müharibəsinin dəstəkçiləri cəzalandı

Onlar ikinci Qarabağ Savaşı çağı İranın Ermənistana yardımlarına etiraz etmişdilər.

“ANT-ə gələn xəbərə görə, İkinci Qarabağ Savaş zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz edən  Ərdəbil şəhərinin Ciral parkında 12 fəal barəsində məhkəmə qərarı çıxarılıb.

Mehr ayının 17-də Ərdəbilin Keyfəri Məhkəməsinin 102-ci şöbəsinin rəisi Tahir Rəsulinin çıxardığı hökmə görə, azrbaycanlı fəallar ümumilikdə 180 ay həbs, 888 şallaq cəzasına məhkum ediliblər.

Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa, Murtəza və Müctəba Pərvin, Hamed Heydəri, Səccad və Məhəmməd C:olani, Subhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və İranın keyfəri qanununun 607-ci maddəsinə əsasən ittiham olunublar.

Fəallar “hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 zərbəı şallağa məhkum ediliblər.

Bununla yanaşı, məhkəmə Pərviz Siyabi Gərcanlı, Hüseyn Balaxani, Ha:mid Heydəri, Məhəmməd və Səccad Co:lani eləcə də Sübhan Bəxşinin yaş, sağlamlıq və ictimai mövqelərini nəzərə alaraq, onların barəsində çıxarılan elektron qandal yaxud Pa:bən elektronoki vasitəsilə nəzarətdə saxlanılmaq cəzasının 4 il müddətinə asıl yəni təliqi barədə qərar çıxarıb.

Eyni halda İran İslam Cumhurisinin Keyfəri Qanununun 448 və 449 -cu maddələrinə və Keyfəri cürmlərin 427 -ci maddəsinə əsasən Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirdiyi üçün nəğd cərimə ödəməyə məhkum olunub.

Qeyd edək ki, yuxarıda adları çəkilən fəallar 1399-cu il mehrin 8-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün nizami əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.

Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərindəeləcə də Tehranda etiraz keçirən fəallar da saxlanılmış və vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran təhlükəsizlik qüvvələrinin fəallara qarşı zorakılıqla həbs etməsi və onlarla kobud davranması həm Güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olub. “Uluslararası Əfv Təşkilatı” yaydığı bəyanatda İran hökumətindən son etirazlarda tutuqlanların hamısının yubanmadan habelə qeyd- şərtsiz azad etməsini istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button