“Aznews tv”xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Tehranda keçirilən diplomatik toplantılardan birində deyib.
Onun sözlərinə görə, hazırda Vyanada aparılan müzakirələr rəsmi Tehranın texniki məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda siyasi qərar qəbul etməli olduğu həddə yaxınlaşmaqdadır.
Hüseyn Abdullahianın sözləri Rusiyanın danışıqlarda iştirak edən nümayəndəsi Mixayıl Ulyanov tərəfindən müsbət dəyərləndirilib və o, bunun müzakirələrin gələcək mərhələlərində faydalı olacağını deyib.
Qeyd edək ki, uzun müddət idi İranın “ali rəhbəri” Əli Xamenei də daxil olmaqda əksər siyasətçiləri Amerika ilə birbaşa danışıqların keçirilməsinə qarşı çıxırdılar. Lakin sanksiyalar məngənəsində çökməkdə olan iqtisadiyyat səbəbindən rejim öz varlığını qorumaq üçün, görünür, bütün variantlardan istifadə etməyə çalışır.