Site icon Aznews TV

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

Aksiyalarda qaşqaylar ayrı-seçkiliyə və mədəni məhdudiyyətlərə etiraz edərək, Güney Azərbaycan və İranın digər bölgələrində yaşayan həmvətənlərindən dəstək istəyiblər.

Etiraza İran hökumətinin qaşqayların milli geyim və başqa mədəni atributlarının lur xalqı adına qeydiyyata alması olub.

Öz milli geyimlərində aksiyaya qoşulan qaşqaylar YUNESKO-dan qaşqayların milli atributlarının özgələşdirilməsinə reaksiya verməsini istəyiblər.

Onlar milli geyimlərinin başqa xalqın adına qeydiyyata alınasını hökumətin İranda türklərə qarşı ögey siyasətinin daha bir nümunəsi adlandırıblar.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayının 3 milyon civarında olduğu bildirilir.

İranın Kuhgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Exit mobile version