
Universitet müəllimi və sosioloq Məhəmmədrza Əsgərpur məsələ ilə bağlı açıqlamasında belə halların çoxalmasının əsas səbəbinin yoxsulluq və ölkədə hakim olan iqtisadi hərc-mərclik olduğunu deyib.
Ədliyyə Nazirliyinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə müavini Rza Məsudifər mediaya verdiyi açıqlamada, xüsusilə son 5 ildə İranda oğurluqların sayının kəskin artdığını deyib.
5 illik dövrdə oğurluq hallarının ən azı 4 dəfə çoxaldığını deyən Məsudifər son bir il ərzində ölkədə qeydə alınan oğurluq hallarının 1 milyon 400 min olduğunu bildirib.