“Ukrinform”xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin iki polkovniki də var. Qeyd olunub ki, bu şəxslər “fəaliyyətinə Moskvadan Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət edilən şəbəkəyə” Ukraynanın məxfi məlumatlarını sızdırıblar.
Məlumata görə, şəbəkə Vladimir Zelenski ilə yanaşı, SBU-nun rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər məmurların həyatına qarşı sui-qəsd cəhdləri planlaşdırıb.