Prezidentdən xüsusən Ukraynanın Rusiyanın hücumu qarşısında daha nə qədər dözə biləcəyi soruşulub.
“Bilmirik. Bu barədə düşünmürük. Bu, fəlsəfi sualdır. Vacib deyil. Bu, heç düzgün deyil, biz geri çəkilmirik, mübarizə aparırıq və bu millət sona qədər mübarizə aparacaq, örünün sonuna qədər. Vəssalam. Məsələ rəhbərliyin nə qədər davam edə biləcəyidir, bu, şübhəsiz ki, bizə aid deyil”, – Zelenski cavab verib.
“Əvvəla, biz niyə qalib gəlirik və ya özümüzü niyə müdafiə edirik? Niyə? Çünki biz evimizdəyik. Uşaqları, evimizi qoruyuruq. Bunu səmimi edirik. Və mən hesab edirəm ki, biz özümüzə məxsus olan hər şeyi xalqımız üçün qorumalıyıq. Bu gün qorunmalı olan uşaqlarımızın gələcəyidir”, – Prezident bildirib.