
İranın Dövlət Ticarət Cəmiyyəti mayın 7-də bazarda “47 min ton zəhərli yağın” paylanması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Şirkət bəyan edib ki, Respublika Qida və Dərman Təşkilatının lisenziyası olmadan ölkəyə bir damcı belə yeyinti yağı idxal edilmir.
Bununla belə, iqtisadi jurnalist Yaşar Sultani öz saytında qida ekspertlərinin 4 rəsmi yoxlama hesabatına istinadən yazıb: “Müəyyən edilib ki, İran Dövlət Ticarət Cəmiyyəti tərəfindən 2021-ci ildə idxal olunan yağlar kənd təsərrüfatı sektorunda istifadə olunan pestisidlərin qalıqlarına görə satıla bilməz”