“Fəlakətin qarşısını almaq üçün Zaporojye AES təcili azad edilməlidir”. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Axar.az xəbər ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.
Bu arada Ukrayna prezidenti ölkəsinin Belarusdakı səfiri İqor Kizimi vəzifəsindən azad edib.
Nu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.
Bundan əvvəl Kizim bir neçə dəfə məsləhətləşmələr üçün Kiyevə çağırılıb, lakin daha sonra Minskə qayıdıb.
Ukrayna mediasına müsahibə verən Kizim Belarusda “tam blokada vəziyyətində” olduğunu bildirib.
Onun sözlərinə görə, Kiyevin Minsklə diplomatik əlaqələr saxlamasının yeganə səbəbi Rusiya Federasiyasından Belarusa gələn və evlərinə qayıtmağa çalışan ukraynalı qaçqınlara kömək etməkdir.