Bu barədə yerli media məlumat yayıb.
Mayın 4-ü gecə saatlarında şəhərin Kösər küçəsində baş verən qarşıdurma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
“Fars” xəbər agentliyi silahlı insident nəticəsində 1 nəfərin ölüb, 4 nəfərin yaralandığını yazıb.
İran mediası qarşıdurmanın şəxsi zəmində baş verdiyini iddia edib.
Bəluc Fəallarının Kampaniyası isə hadisənin mülki geyimli təhlükəsizlik məmurları ilə naməlum silahlı şəxslər arasında olduğunu bildirib.
Onların verdiyi məlumata görə,atışmadan sonra şəhər üzərində kəşfiyyat PUA-sı uçub, hadisə yerinə silahlı qüvvələr cəlb edilib.