Bu barədə məlumat verən İran mediası hücumun yerli vaxtla səhər saat 07:30-da başladığını bildirib.
Zahidan prokuroru Mehdi Şəmsin rəsmi dövlət mediasına verdiyi açıqlamaya görə, bölməyə hücum edənlərdən ikisi intiharçı olublar və üzərlərində partlayıcı maddələr olub.
Onların partlayıcı maddələri işə saldıqlarını bildirən prokuror polis zabitinin öldüyünü təsdiq edib və hadisə ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.