
Bəluc Fəallarının Kampaniyası yaydığı son məlumatda Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində 30 sentyabr 3 oktyabr tarixləri arasında 67 etnik bəluçun hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Məlumatda 300 nəfərin yaralı olduğu, onlardan bəzilərinin durumunun ağır olduğuna görə, ölü sayının artacağı ehtimalının yüksək olduğu qeyd olunub.