Azərbaycan

ZƏNGƏZUR DƏHLİZİNƏ QARŞI “RUSİYA ŞANTAJI”… – “Sülh sazişinin imzalanması üçün üç əsas maneə var”

“2024-cü il Avropa siyasətçiləri üçün həm Ukraynada, həm də Cənubi Qafqazda kritik və eyni zamanda sınaq ili olacaq”.

bunu “Karnegi” Fondunun aparıcı elmi işçisi, son vaxtlar ermənipərəst mövqeyi ilə tanınan britaniyalı ekspert Tomas de Vaal adıçəıkilən qurumun saytında dərc etdiyi məqalədə yazıb.

“Sual yaranır ki, Azərbaycan və Ermənistan üçün bu il müharibə, yoxsa sülh ili olacaq? Otuz illik münaqişədən sonra iki ölkə arasında münasibətləri normallaşdıracaq ikitərəfli sülh sazişi üzrə danışıqlar davam edir. Lakin Ermənistanın cənubunda və onun ətrafında – tarixən Zəngəzur kimi tanınan Sünik adlanan bölgədə hələ də eskalasiya təhlükəsi var” – deyə, o, iddia edib.

De Vaal fevralın 13-də Ermənistan hərbçilərinin Sünikin Nerkin Hand kəndi yaxınlığında atəşkəs pozmasını da Rusiya ilə bağlamağa cəhd edib.

“Bu ərazi rus sərhədçilərinin Avropa İttifaqının monitorinq missiyasının müşahidəçilərinə daxil olmağa icazə vermədiyi Azərbaycana yaxın ərazidir” – deyə, o,qeyd edib.

Bununla belə ekspert etiraf edib ki, üstünlük Azərbaycanın əlindədir: “Prezident İlham Əliyev fevralın 7-də yenidən beşinci müddətə Azərbayan Prezidenti seçilib. O, heç vaxt bu qədər arxayın görünməmişdi. Əliyev ötən ilin sentyabrında Azərbaycan ordusunun ildırım sürətli hücumu nəticəsində Qarabağa nəzarəti təmin edərək münaqişəyə son qoymaqla əldə etdiyi hərbi qələbə ilə ictimaiyyət qarşısında yeni legitimlik qazandı”.

Tomas de Vaal onu da yazır ki, Qarabağdakı antiterror əməliyyatı son ana qədər münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışan Azərbaycanla Qərb arasında münasibətlərin soyumasını sürətləndirdi.

“Bu, Aİ-nin Ermənistanla əməkdaşlığını gücləndirdiyi bir vaxta təsadüf edir”, – o vurğulayıb.

Ekspert qeyd edir ki, İlham Əliyevin gücü həm də onun iki böyük qonşusu ilə sığortalı siyasətindən irəli gəlir: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sıx ittifaq və Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı faydalı tərəfdaşlıq.

Təhliçi xatırladır ki, Brüssel və Vaşinqtonda Qərbin köməkliyi ilə aparılan danışıqlar ötən ilin yayından dayandırılıb. Onun sözlərinə görə, hazırda sülh sazişinin mətni üzərində işləyən Ermənistan və Azərbaycanın milli təhlükəsizlik müşavirlərinin apardıqları ikitərəfli proses davam edir: “ Vasitəçilərin olmadığı ikitərəfli sülh prosesinin üstünlüyü budur ki, heç bir xarici gündəm və ya eqoizm razılaşmaya mane ola bilməz…”.

 

 

T. Vaal yazır ki, sülh sazişinin imzalanması üçün üç əsas maneə var: Bunlardan biri Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsidir. Burada sovet dövrünün müxtəlif dövrlərinə aid çoxsaylı xəritələrdə sərhəd xəttlərin haradan çəkilməli olduğu barədə müxtəlif şərhlər verilir;

İkinci sual sazişin davamlılığını təmin etmək üçün hansı beynəlxalq təminatlara və mübahisələrin həlli mexanizminə ehtiyac duyulacağıdır. Ermənistan mümkün qədər çox beynəlxalq dəstək, Azərbaycan isə minimal iştirak istəyir;

Üçüncüsü, Ermənistan ərazisindən keçən, uzun müddətdir bağlı olan və Azərbaycanın əsas hissəsini onun Türkiyə ilə həmsərhəd Naxçıvan bölgəsi ilə birləşdirən 43 kilometrlik dəhlizin və ya tranzit marşrutun açılması”.

Britaniyalı ekspert Azərbaycanın öz ərazilərini Ermənistanın mümkün qədər az nəzarət edəcəyi dəhlizlə yenidən birləşdirilməkdə marsaqlı olduğunu, İrəvanın isə suverenlik iddiaları ilə güzəştə getmək istəmədiyini qeyd edib.

O, yuxarıda qeyd edilən həm ikinci, həm də  üçüncü məqamda Qərbin güclü strateji marağı olduğunu qeyd. Dolaysı ilə etiraf edib ki, Qərb Azərbaycanla türkiyə arasında quru əlaqəsinin yaranmasında, Türk dünyasını birləşdirən dəhlizin açılmasında maraqlı deyil. 

Təhlükəsizlik təminatına gəlincə Azərbaycan təkid edir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçiləri dəmir yolu və avtomobil yollarını qorumalıdır. Onlar 2020-ci ilin noyabrında imzalanmış Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli atəşkəs bəyanatına istinad edirlər. Bu məsələ bəyanatda açıq şəkildə qeyd olunur, baxmayaraq ki, həmin razılaşmanın qalan hissəsi artıq qüvvədən düşüb. Yanvarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir daha bəyan edib ki, sazişin bu hissəsi həyata keçirilməlidir” – deyə, Vaal hiyləgərcəsinə Zəngəzur dəhlizi ilə bağlı Qərbin narahatlığını Rusiyaya bağlamağa cəhd edib.

Erməni diasporunun təsiri altında olan ekspert iddia edir ki, guya Ermənistan tərəfi də Rusiyanın təsirindən, o cümlədən Sovet İttifaqı dağılandan sonra orada yerləşdirilən sərhədçilərdən xilas olmağa çalışır. Ancaq Paşinyan hökuməti dəfələrlə belə bir dünşəsinin olmadığını bəyan edib.

Ermənipərəst Vaal Zəngəzur dəhlizi ilə bağlı İrəvanın öhdəliklərini yerinə yetirməməsinə haqq qazandırmaq üçün layihənin Rusiyanın marağında olmasına dair Qərbdəki məlum dairələrin ənəvəvi tezislərini təkrarlayır. Belə təsəvvür yaratmağa çalışır ki, guya, hazırda Rusiya və İran arasında əlaqənin yaradılmasna Ermənistan maneə olurmuş, Zəngəzur dəhlizi bu problemi aradan qaldıracaq.

“Ruslar üçün tranzit marşrutuna nəzarət böyük uğur olardı. Rusiya və İranı birləşdirən və onilliklər ərzində ilk dəfə olaraq Fars körfəzinə aparan dəmir yolunun bir hissəsinə nəzarət onlara veriləcək. Bu, Rusiyanın Yaxın Şərqlə əlaqələrini bərpa edə biləcəyi əsas şimal-cənub dəmir yolu marşrutu olacaq.Çünki Ukrayna ilə müharibə və Qərblə qarşıdurma uzun müddət davam edəcək”–deyə, o, iddia edir.

Bu zaman nədənsə Ermənistanın bütün sərhədlərinin Rusiya hərbçilərinin nəzarətində olduğunu, bütün nəqliyyat, o cümlədən dənmiryolu infrastrukturuna Rusiya şirkətlərinin nəzarət etdiyini “yaddan çıxarır”.

Sülh sazişinin bağlanması üçün İrəvanın öz öhdəliklərini yerinə yetirməli, Azərbaycana ərazi iddialarına son qoymalı, öz qanunvericiliyini dəyişməli olduğunu da “unudan” erməni diasporunun sözçüsü bunu da Zəngəzur dəhlizinə bağlamağa çalışır.

Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin reallaşmasına nail olana qədər sülh sazişi imzalanmayacağını iddia edərək, günahı Bakının üzərinə yığmağa çalışır.

Erməni diasporunun bəslədiyi Vaal və onun kimiləri nədənsə Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxlamasını, çoxlu sayda şəhər və kəndlərini viranə qoymasını, minlərlə gəncini Şəhid etməsini xatırlamaq belə istəmirlər. İrəvanın buna görə Azərbaycana kompensasiya ödəməli, üzərinə müəyyən təminatlar götürməli olduğu haqda isə, ümumiyyətlə, düşünmürlər. Sanki Ermənistan istədiyi vaxt Azərbaycan torpaqlarını işğal edə, sonra da heç nə olmamış kimi yoluna davam edə bilər. Azərbaycan isə İrəvanın Qərbdəki havadarlarının hazırladığı “sülh sazişini” heç bir şərt irəli sürmədən imzalamalıdır.

Azərbaycan dövləti isə artıq regionda öz şərtlərini diqtə edir. Qərbin və ya Rusiyanın deyil, özünün milli maraqlarına cavab verən addımlar atır. Zəngəzur dəhlizi layihəsinin reallaşmasını da məhz Azərbaycanın milli maraqları tələb edir. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistan kapitulyasiya aktına imza atarkən bu öhdəliyi üzərinə götürübsə, yerinə yetirməlidir. Ya xoşluqla, ya da güclə!(AzPolitika.info)

Related Articles

Bir cavab yazın

Back to top button