![](https://www.aznews.tv/wp-content/uploads/2025/02/zencanfutsal-1-2-780x470.jpg)
Futzal üzrə “Arman Zəncan” və “Ərşiya Azərbaycan Şəhre Qods” komandaları arasında keçirilən oyunda Zəncanlı gənclər milli şüarlar səsləndiriblər.
Yarış dünən axşam Zəncanın 6000 tamaşaçı tutumlu inqilab stadionunda keçirilib.
Oyun zamanı “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Zəncanlılar var olsun, istəməyən kor olsun”, “Yaşasın Zəncan” şüarları səsləndirilib.
Bundan başqa Zəncanlı tərəfdarlar qarşılaşma zamanı Traxtur komandasının bayraqlarını qaldırıblar.
Qeyd edək ki, Zəncanlı tərəfdarlar bir müddət əvvəl də həmin stadionda “Urmu, Təbriz, Ərdəbil – Bu səs Zəncandan gəlir” şüarları da səsləndirmişdilər.