
520 müəllimin imzaladığı bəyanatda seçkilərin vətəndaşların vəziyyətinin yaxşılaşmasına heç bir təsir etməyəcəyi deyilib.
Bunun yalnız hakimiyyətin legitimliyinə xidmət etdiyini deyən müəllimlər vətəndaşları prezident seçkilərini boykot etməyə çağırıblar.
“Seçkilərdə iştirak problemlərin həllinə kömək etməyəcək və ən pisi budur ki, səsvermədə iştirak etmək rejimin legitimliyi artırmaq, daha çox narazı və etirazçını sıxışdırmaq üçün hakimiyyətə motivasiya olacaq”, – deyə bəyanatda qeyd edilib.