İran

Yüzlərlə müəllim seçkilərlə bağlı bəyanat yayıb

İranda iyunun 28-də keçiriləcək prezident seçkilərini boykot etməklə bağlı bəyanat və çağırışlar davam edir.

Bu qəbildən olan çağırışlardan biri də iranlı müəllimlər tərəfindən yayılıb.

520 müəllimin imzaladığı bəyanatda seçkilərin vətəndaşların vəziyyətinin yaxşılaşmasına heç bir təsir etməyəcəyi deyilib.

Bunun yalnız hakimiyyətin legitimliyinə xidmət etdiyini deyən müəllimlər vətəndaşları prezident seçkilərini boykot etməyə çağırıblar.

“Seçkilərdə iştirak problemlərin həllinə kömək etməyəcək və ən pisi budur ki, səsvermədə iştirak etmək rejimin legitimliyi artırmaq, daha çox narazı və etirazçını sıxışdırmaq üçün hakimiyyətə motivasiya olacaq”, – deyə bəyanatda qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button