İran

Yusif Kari və Mehrdad Şeyxi azad ediliblər

Tir ayının 7-də Güney Azərbaycanın Ərdəbil şəhərindən olan milli-mədəni fəallar Yusif Kari ilə Mehrdad Şeyxi murəxəsiyə göndəriliblər. Onların murəxəsisi həbs müddətinin bitməsi ilə sonuclanacaq.

Xatırladaq ki, Yusif Karinin iki illik məhkumluq dövrünün bitməsinə 50 gün, Mehrdad Şeyxinin isə 6 aylıq məhkumluq dövrünün bitməsinə 20 gün qalanda onlar azadlığa buraxılıb.

Bundan öncə, ordibeheşt ayında Ərdəbil zindanının məsulları Yusuf Kari və Mehrdad Şeyxi ilə görüşüblər. Zindan məsulları Onların həbs cəzasının qalan hissəsi bağışlanmasına təəhhüd şərti ilə razılıqlarını bildiriblər,

Hər iki siyasi fəal bu önərini rədd edib və fəaliyyətlərinin qanuni, onlara qarşı irəli sürülən ittihamların isə əsassız olduğunu bildirilər. Milli fəallar məhkəmə prosesinin ədalətsiz keçirildiyini deyiblər.

Yusif Karı janviyə ayının 13-də təhlükəli məhkumların siyasi məhbusların saxlanıldığı bölməyə köçürülməsinə, tibbi murəxəsi istədiyi üçün zindanın müdiriyyəti və məsul nəzarətçinin təhqirlərinə etiraz olaraq aclıq etisabı keçirib.

Başqa azərbaycanlı fəal Mehrdad Şeyxi, 1398-ci il aban etirazları zamanı benzinin bahalaşması ilə bağlı ümumi etirazlarla eyni vaxtda, 29 aban 1398-ci ildə atası evində həbs olundu və “rejimə qarşı təbliğat” ittihamı ilə bir il həbs cəzasına məhkum edildib. Birinci rəy Təcdide- Nəzər məhkəməsinə şikayəti ilə altı aya qədər həbs cəzasına endirildi.

Related Articles

Bir cavab yazın

Back to top button