
İsrailin xarici kəşfiyyat və təhlükəsizlik təşkilatı “Mossad”ın keçmiş başçısı Yossi Kohen açıqlamasında bildirib ki, sözügedən qurum bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirərək “İranın ürəyi”ndə İslam Respublikasının nüvə proqramının silahlı mahiyyətini üzə çıxarıb.
“Jerusalem Post”un məlumatına görə, bazar ertəsi İsveçrənin Bazel şəhərində keçirilən beynəlxalq tədbirdə çıxış edən Kohen bildirib: “İran rejimi bütün dünyaya yalan danışır. İranın arxivindən minlərlə sənədi çıxaranda biz dünyaya sübut etdik ki, onlar nüvə proqramının [silahlı mahiyyəti] ilə bağlı ajansa yalan danışıblar”.
https://bit.ly/3R4chlm