Dünyaİran

Ynet: İsfahana hücum təkcə İran üçün deyil, həm də Rusiya üçün bir siqnaldır

Ynet yazır ki, aprelin 19-da döyüş təyyarələrinin hücumuna məruz qalan İsfahandakı hərbi bazada Rusiya istehsalı olan “C-300” hava hücumundan müdafiə sisteminin zədələnməsinin peyk görüntüsü təkcə İran üçün deyil, həm də Rusiya Federasiyası üçün siqnaldır.

“Əgər batareya həqiqətən zədələnibsə və hücum edən tərəf İsraildirsə, o, faktiki olaraq bir daşla iki quşu öldürüb”, – deyə bildirilib. Məqalədə qeyd olunur ki, yəhudi dövləti Tehrana birbaşa ona hücum edə biləcəyini sübut edib və həmçinin Moskvaya Ukraynaya qarşı müharibədə istifadə edilən pilotsuz təyyarələr müqabilində İranın nüvə proqramına kömək etməməyi eyham edib.

Related Articles

Bir cavab yazın

Back to top button