
Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta bəyanat yayaraq bildirib ki, onun hökumətinin İranla danışıqları dayandırmaq qərarı Tehranın əsas prinsipləri pozmasına, insan haqlarına laqeyd yanaşmasına və İranda etirazları zorakılıqla yatırmasına açıq cavabdır.
O, qeyd olunan problemlər həll olunmayana qədər İran hökuməti ilə danışıqların bərpa edilməyəcəyini bildirib.
“Qadınlara, qızlara və ya İran cəmiyyətinin hər hansı digər üzvlərinə qarşı zorakılıq və onların ümumbəşəri insan haqlarından istifadə etməsinə mane olmaq yolverilməzdir və buna son qoyulmalıdır”,- deyə, xarici işlər naziri qeyd edib.