Dünyaİran

Yeni Zelandiya İranın fiziki və hüquqi şəxslərinin əleyhinə sanksiya tətbiq edib

Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi mayın 16-da İranın və digər ölkələrin 28 şəxs və 14 müəssisələrinin əleyhinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Həmin müəssisə və şəxslər Ukraynaya qarşı müharibədə Rusiyaya köməkliklər ediklərinə görə sanksiyaya məruz qalıblar. Onların sırasında 1 iranlı fiziki şəxs və 4 hüquqi şəxsin adları müşahidə olunur.

Şahid-136 PUA-larının istehsalında fəaliyyət göstərən “Sədə Sazə Fəraz Şərif” Cəmiyyətinin icraçı direktoru və SEPAH-ın əsas simalarından olan Ehsan İmaninijada sanksiya tətbiq olunub.

PUA-ların inkişaf etdirilməsi və istehsalı sahəsində fəaliyyət göstərən “Baharistan Kiş” Cəmiyyəti, SEPAH-ın PUA-larının mühərriki və sistemlərini təmin edən “Kimya Part Sivan” Cəmiyyəti,

Qüds Qüvvələri ilə əlaqədə olan qurumlara mühəndislik xidməti göstərən “Sipahan Sərməd Elektronik” Cəmiyyəti və “Şəkkad Sənət Asmari” Cəmiyyəti

Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi tərəfindən sanksiya tətbir olunmuş iranlı cəmiyyətlərdir.

Related Articles

Bir cavab yazın

Back to top button