Yeni Təhsil İlinin başlamasına sayılı günlər qalır. Oxulların başlaması dünyanın hər yerində özəlliklə birinci siniflər və ailələri üçün həyəcan və sevinclə dolu olsa da, İranda qorxuyla doludur. Mədrəsə və məktəbdən olan qorxu, birincisi ölkəni bürüyən Koronavirus mərizliyi, ikincisi də, milləti həyatdan bezdirən bahalıqdı. Yeni Təhsil ilin başlamasına sayılı günlər qalır, ancaq hələ də bu il oxulların açılıb açılmayacağı tam bəlli deyil.
Təhsil vəzirliyinin yayınladığı təlimata görə bu il huzuri(əyani) təhsilin başlaması üçün bütün müəllimlərin Korona vaksəni vurdurmuş olması lazimdir. Ancaq bu bir haldadır ki İranda bir çox müəllim hələ vaksən olmayıb. Habelə huzuri dərs klasında oturan uşaqların ailələrinin vaksən olmadığı üçün Korona riski yenə də, yuxarı düzəydə qalacaqdır. Həm ailələr, həm də, uşaqların heç bir dəqiq məlumatı olmadığı nigəranlıqları artırır. Anlaşılan bu il də ən azında oxulların ilk neçə ayı uzaqdan və internet üzərindən olacaqdır. Ancaq bu özü də ayrı sorunların bir daha ailələrin qarşısına çıxdığı anlamına gəlir. Çünki keçən neçə ildə qeyri-huzuri təhsil ya həman internet üzərindən təhsil məsələsində minlərlə uşaq təhsil və dərsdən uzaq qaldı. Hətta İranın bir çox yerində müəllimlərin belə İnternet imkanına ulaşmadığı zamanlar olurdur. İranda birinci internet şəbəkəsinin yetərli olmadığı bir həqiqət var. Ondan başqa on minlərlə uşağın interneti olsa belə ondan yararlana biləcək bir telefon və ya təbleti yoxuydu. keçən illərdə yayılan sayılara görə uşaqların böyük çoxunluğunun təhsildən uzaq qalıb və ya ciddi zərər gördüyünü bəli edilir. Bu məsələ Azərbaycan kimi imkanları az olan bölgələrdə daha da çətin bir durum aldı. Azərbaycan bölgəsində yüzlərlə şəhər və kəndin yetərli internet imkanı yoxdu. İnternet olduğu zaman da zatən ailələrin yetərli təblet imkanı sağlayacaq maddi gücü yoxdu. Bir halda ki, misal üçün qonşu Türkiyədə toplumun böyük çoxunluğu vaksənlərlə qorunublar İranda hələ də, bu işlə bağlı ciddi şübhələr və qorxular var. Türkiyə də özəlliklə Fayzer markası vaksəni alındı və sürətlə ümumi vaksinasyon olundu. Hətta ilk aylarda Çindən alınan Sinofarm vaksənin yetərli qorumadığı ortaya çıxdıqdan sonra Türkiyədə üçüncü və hətta dördüncü doz olaraq Fayzer vaksəni millətə pulsuz bir şəkildə vuruldu. Müəllimlər də aylar öncədən vaksən oldular. Buna görə bu təhsil ili huzuri olaraq başladı. Amma bununla yanaşı çox ciddi tədbirlər nəzərdə alıblar. Belə ki, Türkiyədə 15 yaş uşaqlar belə vaksən aldılar.
bir də misal üçün Türkiyədə heç bir uşaq dərs kitabı üçün ödəniş etmir və hamısını dövlət təmin edir. Ancaq İranda Məktəbə yardım adı altında ailələrə ciddi bir xərc daha təhmil olunur.İranda iqtisadi vəziyyət get-gedə ağırlaşaraq məktəblə bağlı ləvazimat da son dərəcə bahalaşıbdır. Bu qonuyla bağlı İran məqamlarının dedikləri ancaq sözdə qalıbdır. Bir tərəfdən Korona bir tərəfdən də bahalıq milləti yeni təhsil ilində daha da çətinliklə üzləşdirib. Bu durum özəlliklə Azərbaycan kimi yoxsul yerlərdə daha da çətinləşir. Buna görə də yeni təhsil ilində həm uşaqlar həm də ailələri həyəcan və sevinc yerinə dərin bir qorxu və kədərlə üz üzə qalıblar.