Site icon Aznews TV

Yeni büdcə ilində Şərqi Azərbaycanın payı azaldıldı

Bu barədə Təbrizin “Azərəncümən” xəbər saytı məlumat yayıb.

Tehran əyaləti 203 trilyon 570 milyard tümənlə birinci, İsfahan əyaləti 32 trilyon 40 milyard tümənlə ikinci, Xuzistan əyaləti isə 23 trilyon 594 milyard tümənlə üçüncü yerdədir.

Bundan öncəki büdcə ilində də. Şərqi Azərbaycan əyalətinin büdcəsinin təxminən 30% azaldılması narazılıqlarla qarşılanmışdı.

Azərbaycanlı millət vəkillərinin etirazlarına cavab olaraq İran daxili işlər naziri Əhməd Vəhidi Təbrizə səfəri zamanı azərbaycanlıları Tehrandan vəsait ummamağa və yerli imkanlardan istfadə etməyə çağırmışdı.

“Azərbaycanlı məsullar Tehrana bel bağlayıb büdcə istəməkdən əl çəkməlidirlər. Yerli imkanlar və potensialdan istifadə edərək öz məsələlərinizi həll etməyə çalışın”-deyə, daxili işlər naziri bildirmişdi.

Qeyd edək ki, bir neçə gün öncə məsələ ilə bağlı keçirilən müzakirələrdə Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan yeni büdcə ilə bağlı ciddi tənqidlərinin olduğunu ancaq bu barədə daha sonra geniş açıqlamalar verəcətini bildirib.

Exit mobile version