Başda terrorla mübarizə olmaqla davam edən fəaliyyətlərlə bağlı məlumat alan və tapşırıqlar verən nazir Yaşar Gülər deyib: “Separatçı terror təşkilatı PKK-ya göstərdiyimiz təzyiqlər sayəsində son zamanlar terror təşkilatının sıralarına qoşulanların sayının azaldığını, təslim olan terrorçuların sayının isə artdığını müşahidə edirik. Terror təşkilatının Suriyanın şimalında süni terror dövləti qurmaq cəhdinin bir mərhələsi olaraq hesab etdiyimiz qondarma muxtar hökuməti və seçki fəaliyyətini qəti şəkildə rədd edirik. Separatçı terror təşkilatının cənub sərhədlərimizdən bir qədər kənarda “terror dəhlizi” yaratmasına əsla icazə verməyəcəyik”.
Türkiyənin milli müdafiə naziri son zamanlar suriyalı qaçqınlarla bağlı yaradılan mənfi fikirlər və artan gərginliyin diqqətlə izlənildiyini vurğulayıb.