DünyaSağlıq & Yaşam

Yaponiyada anime-studiyasında yanğın törədilib: 26 insan həyatını itirib – VİDEO

Bu gün Yaponiyanın Kiyoto şəhərində Kyoto Animation Co anime-studiyasında yanğın törədilib.

Aznews.tv xəbər verir ki, nəticədə 26 nəfər həlak olub, onlarla insan müxtəlif dərəcəli xəsarət alıb.

https://youtu.be/bKHF_gdd-B4

Cinayət zamanı studiyada 70-ə yaxın insan olub.

İlkin məlumatlara görə, səhər tezdən naməlum kişi studiyaya girdikdən sonra yerə benzin tökərək onu yandırıb.

Üçmərtəbəli binada genişmiqyaslı yanğın yerli vaxtla səhər saat 10:30 başlayıb.

İndiyədək onlarla insan itkin sayılır. Ehtimal var ki, itkin düşən şəxslər üçüncü mərtəbədə çıxışsız qalıb.

Yanğın törədən şəxs saxlanılıb və çoxlu sayda yanıqlar aldığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Cinayətkarın 41 yaşı var və o, studiyanın sabiq əməkdaşıdır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button