Dünya

Yaponiya və Almaniya iqtisadi təhlükəsizlik üzrə məsləhətləşmələr mexanizmini razılaşdıracaqlar

Yaponiya və Almaniya hökumətləri iqtisadi təhlükəsizlik məsələləri üzrə xüsusi məsləhətləşmə mexanizminin yaradılması haqqında danışıqların yekun mərhələsindədir.

 

“ANT” xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Yekun razılığın Yaponiyanın Baş naziri Fumio Kişidanın Almaniyaya iyulun 12-nə planlaşdırılan səfəri zamanı əldə olunacağı gözlənilir. Belə bir mexanizmin yaradılmasında məqsəd ticarət məhdudiyyətləri vasitəsilə iqtisadi təzyiqlərə qarşı siyasətləri əlaqələndirməkdir.

Məsləhətləşmələrdə iki ölkənin xarici işlər və ticarət nazirliklərinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Əsas məsələlərin yarımkeçirici təchizat zəncirlərinin, eləcə də süni intellekt texnologiyalarının gücləndirilməsi ilə bağlı olacağı vurğulanır.

Related Articles

Bir cavab yazın

Back to top button