Yəmənin cənub vilayətlərindən birində avtomobil qəzasında 6 Birləşmiş Ərəb Əmirliklərinin hərbçisi həlak olub.
Aznews.tv xəbər verir ki, qəza 2014-cü ildən bəri davam edən silahlı münaqişədən uzaqda yerləşən Şəbva vilayətində baş verib.
Qəzanın təfərrüatları hələ açıqlanmır.
Qeyd etmək lazımdır ki, BƏƏ Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi Yəmən hökümətini dəstəkləyən koalisiyanın üzvüdür.
Lakin artan tənqidlər fonunda əmirliklər bu bölgədə öz qüvvələrinin sayını azaldırlar.
Aznews.tv