Site icon Aznews TV

Xuzistanda qadın məhbus işgəncə altında öldürülüb

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

“Bir həftə əvvəl oğurluq ittihamı ilə həbs edilən gənc qadın Əhvazın Sepidar həbsxanasına köçürüldükdən iki gün sonra ictimai polis təcridxanasına aparılıb və orada işgəncə edilərək öldürülüb”,- mlumatda bildirilib.

Həyat yoldaşının tərk etdiyi Məsumə Hoyzat iki azyaşlı uşaq anasıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl isə Gilanın Ləngrud şəhərinin polis təcridxanasında Məhəmməd Mirmusəvi adlı 34 yaşlı məhkum da işgəncə altında öldürülüb.

Exit mobile version