Sözügedən hadisə ilə bağlı sosial şəbəkələrdə yerli fəallar və sakinlər paylaşımlar ediblər. Onların arasında 800 ailənin yaşadığı Zaviyə Həsənxan kəndinin sakinləri də var.
Onların sözlərinə görə, kənddə içməli su quyusunun olmasına baxmayaraq, müvafiq qurumlar onu istifadəyə hazırlamaq üçün vəsait ayırmaqdan imtina edirlər. Bu səbəbdən insanlar içməli suyu başqa uzaq bölgələrdən satın alaraq gətirtmək məcburiyyətində qalırlar.
Bir neçə gün əvvəl Xoy rayonunun Su və Kanalizasiya İdarəsinin başçısı Yədulla Sultani hazırda bölgənin 62 kəndində su böhranı yaşandığını bildirib. O, bölgədə mövcud olan su kəmərlərinin 100 kilometrinin köhnəldiyini və bunun əhalinin su təminatında problemlərin artmasına səbəb olduğunu söyləyib.