Məlumatda bildirilir ki, mərkəzi ofisi Londonda yerləşən “İraninternational” televiziya kanalı ilə əməkdaşlıq edən bir nəfər Xoy şəhərində saxlanılıb.
Xəbərdə həbs edilən şəxsin kimliyi barədə açıqlama verilmir.
Lakin onun ölkənin milli təhlükəsizliyinə qarşı hərəkətlər və təxribat planlaşdırdığı iddia edilib.