Bu barədə Xoy rayonunun Su və Kanalizasiya İdarəsinin başçısı Yədulla Sultani xəbərdarlıq edib.
O, havaların istiləşməsi ilə bağlı problemin daha da dərinləşəcəyini və quraqlığın şiddətlənəcəyini deyib.
Sultani bununla yanaşı, Xoy bölgəsində mövcud olan su kəmərlərinin 100 kilometrinin köhnəldiyini və bunun əhalinin su təminatında problemlərin artmasına səbəb olduğunu söyləyib.