Azərbaycanİran

Xoy kəndində ənənəvi “Təpə Nənə” mərasimi keçirilir

Pirkəndi tarixi və qədim ziyarətgahları, yerləri ilə məşhur olan Xoy şəhərinin gözəl və səfalı kəndlərindən biridir.

Bu kəndin qədim təpələrindən birinin üstündə yerləşən nadir ziyarətgahlardan biri də “Təpə Nənə” ziyarətgahıdır.

Kəndin yaşlı qadınlarının dediklərinə və Xoy tarixi kitablarındakı yazılara əsaslanaraq, təpənin başında dəfn edilən Möminə adlı bir xanım hər il bu təpənin başına çıxıb Allaha dua edərmiş ki, yaz mövsümündə çoxlu yağış yağsın və kəndlilər bol məhsul yığsınlar.

Bu xanım vəfat edəndən sonra həmin təpənin başında dəfn olunub və o gündən həmin təpə “Nənə təpəsi” kimi tanınmağa başlayıb.

Kənd camaatı isə hər il mayın əvvəlində bu təpəyə toplaşaraq bu xanıma öz minnətdarlıqlarını bildirir və bu sadiq xanıma dua edirlər ki, yağış yağsın, kənd təsərrüfatı məhsulları bol olsun.

Related Articles

Bir cavab yazın

Back to top button