
Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Əyalətin polis rəisinin müavini Əhməd Nigəhbanın spzlərinə görə, qarşıdurma iki silahlı qruplaşma arasında baş verib.
Atışma nəticəsində 8 qruplaşma üzvü, 19 mülki şəxs və 1 polis əməkdaşı xəsarət alıb.
Polis rəisi hadisənin iki quldur dəstə arasında baş verdiyini, 19 nəfərin saxlanıldığını və odlu silahların götürüldüyünü bildirib.
Yerli mənbələrin yaydığı məlumatda isə hadisəyə yeniyetmə qıza qarşı qeyri-etik hərəkət səbəb olub.