Həmin zaman şəhəri alov bürümüşdü. Əhali hücum başlayandan sonra azərbaycanlıların yaşadığı ən yaxın yerlərə qaçaraq, canlarını qurtarmaq istəsə də, onların əksəriyyəti erməni
quldurları tərəfindən amansızcasına öldürüldü.
Xocalı faciəsi nəticəsində 613 nəfər həlak olub və 487 nəfər yaralanıb. Bundan əlavə, 1275 Xocalı sakini əsir götürülüb və 5379 nəfər daimi yaşayış yerlərini məcburi tərk edib.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır!