Ərdəbil vilayətinin Xiyav (Meşginşəhr) şəhərində torpaq sürüşməsi baş verib. Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, sürüşmə nəticəsində insan tələfatı qeydə alınmasa da, ötürücü su kəmərinin qırılmasına görə şəhərin su təminatı dayandırılıb.