Site icon Aznews TV

XİN Ballıqaya faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Nazirliyin “X” hesabında edilən paylaşımda qeyd olunub ki, 31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirib.

“Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var”, – paylaşımda qeyd olunub.

Exit mobile version