
Rusiya və İran xarici işlər vəzirləri Sergey Lavrov ilə Məhəmməd Cavad Zərif arasında keçirilən görüşdə Suriyə münaqişəsinin nizamlanması müzakirə olunub.
Vəzirlər birgə keçirdikləri mətbuat konfransında Suriyə münaqişəsinin nizamlanması ilə bağlı Astana formatındakı danışıqların seçimsiz olduğunu bəyan ediblər: “Suriyə münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi apardıq, Astana formatında əldə olunan anlaşmaların vacib olduğunu, özəlliklə də bu razılaşmaların antiteror tərkibini və Suriyə Ərəb Cumhurisinin torpaq bütövlüyünə sözsüz hörmət olunmasını təsdiq etdik”,-deyə Rusiyalı Vəzir bildirib.
O, iranlı həmkarı ilə görüşdə Suriyədə vəziyyətin sabitləşməsi ilə bağlı tapşırıqları, Suriyənin münaqişədən sonra yenidən qurma məsələsini, eləcə də suriyəli qaçqınların evlərinə qayıtmasını və yardıma ehtiyacı olan əhaliyə insansevər yardımın göstərilməsini müzakirə etdiyini söyləyib. Qeyd edək ki, 2011-ci ildən Suriyədə silahlı münaqişə davam edir. 2017-ci ildən isə Suriyə münaqişəsinin nizamlanması ilə bağlı Astana formatı fəaliyyət göstərir.