Nazir ölkənin iqtisadi artımının 6%-i keçdiyini bildirərək, Bəhmən ayının sonuna (19 fevral) qədər İranda inflyasiya səviyyəsinin 35,8% olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu ilin 9 ayında İran iqtisadiyyatının artımı neft gəlirləri nəzərə alınmaqla 5,1%-ə, neft gəlirləri olmadan isə 2,5%-ə çatıb.
“İranın neft gəlirləri ötən payızda 10,8% olub, bu il isə 21,8%-ə çatıb”, – deyə o əlavə edib.
İranın iqtisadiyyat naziri, həmçinin bildirib ki, bu il ölkənin sənaye artımı 1,8%-ə yüksəlib