Şübhəsiz ki İran İslam Cümhuriyyətinin mütləq gücü Əli Xamneyidir. Ancaq daha yaxın tarixə qədər Xamneyinin ancaq makro siyasətlər haqqında fikir verdiyi iddia edilirdi. Buna görə də, gündəlik həyatda və siyasətdə baş verənlərə Xamneyi məsuliyyət daşımır. Yəni, bir halda ki, ölkənin bütün gedişatını İnqilab Rəhbəri Əli Xamneyi bəlli edir ancaq məsuliyyəti özü yox, başqaları daşıyır və başqaları sorumlu görünür. Xamneyidən hesab sormaq və ən xırda tənqid belə təhəmmul edilməz və ən ağır şəkildə cəzalandırılır. millət uzun illər yaşadığı bu fəlakətlərdə bir başa Əli Xamneyini suçlu görür. Özəllilkə yeni dönəmdə və İbrahim Rəisinin zorla prezident seçilməsindən sonra artıq Xamneyi ölkədə hamısından çox məsul sayılır.
Əli Xamneyinin son zamanlarda ölkə siyasətindəki atdığı addımlar tamamən fəlakətlə yad edilibdir. Örnək üçün Xamneyi inadla Korona vaksəninin xaricdən alınmasına mane oldu və on minlərlə insan Koronadan həyatını itirdi. Xamneyinin yerli malların ürətiminə verdiyi önəm hər zaman yeni rant qapılarının açılması anlamına da gəlir. Elə Korona vaksəni qonusunda da belə oldu. Dünya ölkələri vaksən almaq üçün bir-biriylə yarışan zaman, o xaricdən vaksən almağı yasaqladı. Elə o zaman “Bərəkət” adlı yerli vaksən projəsi gündəmə gəldi. Ancaq qat qat daha bahalı olmasına rəğmən Bərəkət projəsi uğurlu nəticə vermədi. Ən son da Əli Xamneyi Məişət ləvazimatı yönündə yeni bir addım atdı və Güney Kore mallarının ölkəyə girişini yasaqladı. Həmid Riza Qəznəvi Ev ləvazimatı tolid edənlər əncüməninin sözcüsü bu ilin təkcə 6 ayında Ev əşyaları qiymətinin yüzdə 290 çoxaldığından xəbər verib. Ən çox bahalıq da Televizyon qiymətində yaşanıbdır. İranın azad bazarlara çıxışı olmaması millətə çeşitli mallar arasında müqayisə etmə imkanı vermir. Buna görə də ölkədə ancaq hakimiyyət və ya onunla bağlantıda olan ekonomik mafiyanın bazara verdiyi satılır. Bu durum həm qiymətlərin son dərəcə artmasına səbəb olub, həm də keyfiyyətin yenməsinə səbəb olub.
Örnək üçün quzey Azərbaycan və Türkiyə cumhuriyyətlərində insanlar istədikləri hər malı seçərək rahatlıqla ala bilirlər, amma İranda həmişə qaçaq mal və onun qaranti sorunlarıyla qarşı-qarşıya qalmaq məsələsi var.
Ölkə nufusunun böyük çoxunluğu gün çörəyinə möhtac qaldığı bir vaxtda ev əşyalarının qiyməti bir işçinin neçə ay qazancı qədərdir. Yəni bu durumda yeni evlənən və həyat qurmağa çalışan gənclərin təməl ehtiyaclarını belə təmin etmir.
Hakimiyyətin nəzarəti demək olar ki yoxdur və ya tam olaraq mənfi sonuc verir. İndi də gözləyib görmək lazimdir ki, Əli Xamneyinin ev əşyalarıyla bağlı atdığı addım nə qədər qiymətlərin ucuzlamasında işə yarıyacaq.