Son illərdə İran iqtisadiyyatının boykot edilməsi ölkənin xarici ticarət həcminin azalmasına səbəb olub. Bundan başqa, İran hökumətinin bir sıra istəkləri, o cümlədən Beynəlxalq Valyuta Fondundan 5 milyard dollarlıq kredit müraciəti nəticəsiz qalıb və bunun nəticəsində xarici borcları da azalıb. Xamenei sonda İranın istehsal etdiyi korona vaksinini, ölkənin “doğru” idarə olunmasını və İranın bölgədə strateji dərinliyinin və mənəvi nüfuzunun genişlənməsini idarə etdiyi sistemin uğurlarından biri kimi qiymətləndirib.
Xatırladaq ki, Xameneinin ağız dolusu danışdığı olmayan uğurlar üzündən İranın bir çox şəhərlərində əhali demək olar ki, hər gün müxtəlif etirazlar keçirir və iş yerlərində tətillər edir.