İran

Xamaneinin İran xalqına snayperli xütbə mesajı

İranda benzin üsyanında öldürülən etirazçı sayı barədə müxtəlif versiyalar irəli sürülür. Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, 200-dən artıq, müxalif Xalq Mücahidləri təşkilatına görə isə 700 civarında üsyançının qətlə yetirildiyi aksiyalarda istifadə olunan əsas silah isə Draqunov markalı snayper tüfəngi imiş.

Ovqat.com xəbər verir ki, Rusiya istehsalı olan Draqunov snayper tüfənginin İranda xeyli hörməti varmış. Bu snayper tüfəngi İranın ənənəvi ordusunun, təhlükəsizlik qüvvələrinin və İnqilab Keşikçiləri Korpusunun İmam Hüseyn batalyonunun inventarında yer alan əsas silahdır.

“İranwire” saytının jurnalisti Behnam Gholipourun iddiasına görə, benzin üsyanlarında təhlükəsizlik qüvvələri tərəfindən hədəfə alınan etirazçıların böyük qismi İranin dini lideri Əli Xameneinin də ən sevimli silahı olan “Draqunov” tərəfindən qətlə yetirilib.

 

Dini liderin “Draqunov” sevdalısı olduğu barədə dedi-qoduların maraqlı bir tarixçəsi var. 2017-ci ilin iyun ayında İranın paytaxtı Tehranda İŞİD terrorçuları meydan sulayanda onları zərərsizləşdirən təhlükəsizlik güclərinin əlində Draqunov markalı snayper tüfəngi var idi. Bu hücumdan təxminən bir ay sonra Qurban bayramı namazı xütbəsi oxuyan İran lideri Ayətullah Əli Xamenei də əlində Draqunov markalı silah tutaraq İran mediasını silkələmişdi.

Maraqlıdır ki, bu, Xameneinin ilk silahlı xütbəsi də deyilmiş. Həmin hadisədən iki il əvvəl 2015-ci ildə imzalanan nüvə sazişi ərəfəsində də o, sevimli silahı Draqunov ilə birlikdə Ramazan bayramı namazı xütbəsində görülmüşdü. Onun Draqunov silahı ilə 2019-cu ilin iyun ayında Ramazan tətili üçün etdiyi dua xütbəsində də eyni şəkildə görünməsi İran mediasının diqqətindən yayınmamış və düşmənlərə verilən mesaj kimi qiymətləndirilmişdi. Bu ilin noyabr ayının ortalarında benzin üsyançıları fəallarının məhz həmin silahla susdurulması və ardından Xamaneinin yenə öz sevimli silahı ilə minbərə çıxması bu mənada təsadüfi deyildi və dini liderin nəyə işarə etdiyinə aydınlıq gətirirdi.

Mizan xəbər agentliyi bu görsənişi “üsyan edərək haqq sözünə qulaq asmayan kafirlərə, azğınlara və münafiqlərə qarşı cihada hazırıq” mesajı kimi oxumuşdu. Rejim tərəfdarları da sosial media paylaşımlarında Xameneinin “Draqunov”la xütbələrə getməsini mövcud quruluşun dəyərlərini qorumaq mesajı kimi təqdim etmişdilər.

İran İslam İnqilabı Keçikçiləri korpusunun İmam Hüseyn batalyonu da təlim və məşqlərində “Draqunov” silahlarından istifadə edirlər və 15 Noyabr qiyamının yatırılmasında bu batalyon xüsusi fəallığı ilə seçilmişdi.

Əslində İslam mədəniyyətində silahla minbərə çıxmaq İran dini liderinin də kəşfi deyil. Bu ənənə tarixən mövcud olub və bir çox hökmdarlar tərəfindən istifadə edilib. Xamaneinin yaraqlı xütbə ənənəsinə gətirdiyi yenilik sadəcə silahın növüylə əlaqədardır. Keçmişdə hökmdarlar xütbələrə əsa və qılınclarla çıxardılarsa, Xamanei bunu “Draqunov” snayper tüfəngiylə əvəz edib. Bir çox ölkələrdə bu ənənə artıq mövcud olmasa da, İran dini liderləri hələ də xütbələrə silahla çıxmağa üstünlük verirlər. Bununla da onların iradəsinə qarşı çıxan İran xalqına düşmən kimi baxdıqlarını nümayiş etdirirlər.

___________________________

Bəs, “sülh dini” anlamına gələn İslamın rəhbəri kimi özünü tanıtmağa çalışan Xamaneinin sevgisini qazanmış Draqunov snayper tüfəngi hansı xüsusiyyətlərə malikdir?

“Draqunov” – 7.62 mm-lik snayper tüfəngidir. Anidən peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanmışdır. Qarabag müharibəsində də geniş istifadə olunmuşdur.

 

 

Related Articles

Bir cavab yazın

Back to top button