İran

Xaməneiyə yaxın şəxsin gizli neft alveri ifşa olundu

İran rəhbəri Əli Xaməneinin siyasi müşaviri Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani İran və Rusiya neftini satır.

Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Nəşr, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və hazırda Xaməneinin müşaviri olan Əli Şəmxaninin geniş iqtisadi və neft fəaliyyəti ilə bağlı hesabat dərc edib.

“Bloomberg”in məlumatına görə, Əli Şəmxanini dünyanın beynəlxalq neft və enerji bazarlarının əsas oyunçularından biridir.

Nəşr, Şəmxani ailəsinin üzvlərinin Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İran və Rusiya xam neftini satdığını üzə çıxarıb.

“Şəmxani ailəsi İran və Rusiya neftinin satışından milyardlarla dollar qazanıb, Dubay və Avropa ölkələrinin çimərliklərinə sərmayə qoyub”, – “Bloomberg”  qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button