![](https://www.aznews.tv/wp-content/uploads/2023/10/895bb61d52686210cd58-780x470.jpg)
Bu barədə Əli Xaməneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti təhdidamiz material dərc edib.
“Keyhan” Səudiyyə Ərəbistanı və başqa müsəlman ölkələrin İsraillə münasibətlərinin qurulmasını islam dünyasına xəyanət adlandırıb.
“Bu baş tutduğu halda bölgədə bütün müqavimət hərəkatının gəncləri tez bir zamanda təşkilatlanaraq islam və müsəlmanlara xəyanət edənlər üçün geniş və uzun sürən problemlər yaradacaqlar”,- qəzet xəbərdarlıq edib.
“Keyhan” İsrail və İsraillə münasibətdə olan ölkələrə qarşı kiber hücumların buna nümunə olduğunu və daha ciddi hərəkətlərin baş verəcəyini yazıb.
Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xaməneinin göstərişi ilə bu vəzifəyə təyin olunub.
Burada gedən yazılar İranın rəhbəri Əli Xaməneinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.