O, bu barədə İran mediasına müsahibəsində deyib.
İbadi əyləncə proqramlarının yerinə müxtəlif siyasi və dini məsələlərin təhlilinə həsr olunmuş verilişlərin yayımlanmasını təklif edib.
“Əyləncə inqilabi cəmiyyətin məhv olması deməkdir, bu sahəyə ayrılan vəsait israfçılıqdır”,- Xaməneinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, musiqi, kino, teatr və başqa mədəniyyət sahələrinə ayrılan büdcə inqilabı hərəkətlərə və cəmiyyətin islamiləşdirilməsi üçün xərclənməlidir.